İdman 10:21 31.01.2024

Azərbaycan Kuboku: 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulur

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları bu gün başa çatacaq.

Qaynarinfo-nun məlumatıma görə, günün ilk matçında "Araz-Naxçıvan" "Qəbələ" ilə qarşılaşacaq.
 
1/4 final mərhələsinin ilk oyunları çərçivəsindəki son qarşılaşmaya saat 19.00-da start veriləcək. "Sumqayıt" "kapital Bank Arena"da "Neftçi"ni qəbul edəcək. 

Azərbaycan Kuboku, 1/4 final, ilk oyunlar

31 yanvar

16:00. "Araz-Naxçıvan” – "Qəbələ”
 
Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Səbuhi Bayramov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
"Dalğa Arena”

19:00. "Sumqayıt” – "Neftçi”
 
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
"Kapital Bank Arena”

Ötən gün keçirilən oyunlarda aşağıdakı nəticələr qeydə alınıb
 
"Səbail" - "Zirə" 1:2
"Sabah" - "Qarabağ" 1:7 
 
Səbuhi Həsənov