İdman 11:17 23.02.2024

Azərbaycan Premyer Liqası: "Qəbələ" doğma meydanda qonaq olacaq

Bu gün Azərbaycan Premyer Liqasında 24-cü tura start veriləcək.

Qaynarinfo-nun məlumatına görə, turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq. "Qəbələ" doğma meydanda "Kəpəz"in qonağı olacaq. Çünki ev oyunlarını məhz Qəbələdə keçirən Gəncə təmsilçisi bu qarşılaşmaya nominal meydan sahibi kimi çıxacaq. Saat 17:00-da başlayacaq görüşü Rəvan Həmzəzadə idarə edəcək.

Azərbaycan Premyer Liqası, 24-cü tur

23 fevral

17:00. "Kəpəz” – "Qəbələ”

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Kamran Bayramov, Cavid Cəlilov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Qəbələ şəhər stadionu

"Qarabağ" - 51, "Sumqayıt" - 36, "Neftçi" - 35, "Zirə" - 32, "Səbail" - 31, "Araz-Naxçıvan" - 31, "Sabah" - 31, "Turan Tovuz" - 30, "Kəpəz" - 20, "Qəbələ" - 15

Səbuhi Həsənov