Xəbər lenti

İdman 10:38 12.02.2024

Azərbaycan Premyer Liqası: "Səbail" gəncəlilərin qonağı olacaq

Azərbaycan Premyer Liqasında 22-ci tur davam edir.

Qaynarinfo-nun məlumatına görə, tur çərçivəsində bu gün daha bir oyun baş tutacaq. "Səbail” səfərdə "Kəpəz”in qonağı olacaq. 

Qəbələ şəhər stadionunda baş tutacaq matçın start fiti saat 15:00-da səsləndiriləcək. Görüşü Nicat İsmayıllı idarə edəcək.

Azərbaycan Premyer Liqası, 22-ci tur

12 fevral

15:00. "Kəpəz” – "Səbail”

Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Qəbələ şəhər stadionu

Turun ilk matçında aşağıdakı nəticə qeydə alınıb

"Qarabağ” - "Sabah” 3:3

"Qarabağ” - 51, "Sumqayıt” - 34, "Neftçi” - 32, "Zirə” - 31, "Sabah” - 28, "Səbail” - 27, "Araz-Naxçıvan” - 27, "Turan Tovuz” - 26, "Kəpəz” - 20, "Qəbələ” - 15

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->