Xəbər lenti

İdman 10:06 01.03.2024

Azərbaycan Premyer Liqası: "Sumqayıt" "Kəpəz"ə qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start veriləcək.

Qaynarinfo-nun məlumatına görə, turun ilk oyun günündə cəmi bir matç keçiriləcək. "Sumqayıt" Mehdi Hüseynzadə adına stadionda "Kəpəz"i qəbul edəcək. Hazırda "Sumqayıt” 36 xalla ikinci, "Kəpəz” isə 23 xalla doqquzuncu pillədə qərarlaşıb.

Turun digər oyunları martın 2-3-də keçiriləcək.

Azərbaycan Premyer Liqası, 25-ci tur
 
1 mart

19:00. "Sumqayıt” – "Kəpəz”
 
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
 
"Qarabağ" - 57, "Sumqayıt" - 36, "Neftçi" - 36, "Zirə" - 35, "Səbail" - 34, "Turan Tovuz" - 31, "Sabah" - 31, "Araz-Naxçıvan" - 31, "Kəpəz" - 23, "Qəbələ" - 15
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->