İdman 10:30 06.02.2023

Azərbaycan Premyer Liqasında 21-ci tura yekun vurulur

Azərbaycan Premyer Liqasında 21-ci tura bu gün yekun vurulacaq.
 
Qaynarinfo-nun məlumatına görə turun son oyun günündə iki matç baş tutacaq.

Əvvəlcə "Turan Tovuz" səfərdə "Şamaxı"nın qonağı olacaq. Komandalar Premyer Liqada 2 oyunda üz-üzə gəlib. Bunların birincə "Şamaxı", digərində "Turan Tovuz" qələbə qazanıb. Hər iki komanda öz meydanında uduzub. "Turan Tovuz” hər iki qarşılaşmada bir qol vurub. Top fərqi "Şamaxı"nın xeyrinədir - 3:2.
 
Tura paytaxt dueli ilə yekun vurulacaq. "Sabah” Masazırda "Səbail”lə qarşılaşacaq. Komandalar ölkə çempionatlarında bunadək 17 dəfə qarşılaşıb. Bunların 8-də "Sabah", 5-də "Səbail" meydandan üç xalla ayrılıb. 4 oyunda isə komandalar 1 xalla kifayətlənib. "Sabah” son 5 görüşdə qol buraxmayıb. Son 8 matçda qol vuran tərəf qalib gəlib. Top fərqində "Sabah"ın üstünlüyü nəzərə çarpır - 20:13.
 
Premyer Liqa, 21-ci tur

6 fevral 
 
14.00. "Şamaxı” – "Turan Tovuz”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
VAR hakimləri: Elçin Məsiyev, Rahil Ramazanov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Şamaxı şəhər stadionu.
 
18.00. "Sabah” – "Səbail”
 
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Şirmamed Mamedov, Cavid Cəlilov
VAR hakimləri: Rauf Cabarov, Cəmil Quliyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
"Bank Respublika Arena”. 
 
"Qarabağ" - 57, "Sabah" - 49, "Neftçi" - 44, "Zirə" - 32, "Qəbələ" - 27, "Turan Tovuz" - 17, "Şamaxı" - 16, "Sumqayıt" - 15, "Kəpəz" - 14, "Səbail" - 13

Səbuhi Həsənov