Xəbər lenti

İdman 09:30 20.04.2024

Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək

Azərbaycan Premyer Liqasında 31-ci tur davam edir. 
 
Qaynarinfo-nun məlumatına görə, turun ikinci oyun günündə iki qarşılşama baş tutacaq. 
 
Əvvəlcə "Qəbələ" səfərdə artıq çempionluğu təmin etmiş "Qarabağ"ın qonağı olacaq. Fərid Hacıyevin idarə edəcəyi görüş saat 16.30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
 
Günün son matçı isə Zirədə olacaq. Qəsəbə təmsilçisi doğma meydanda "Neftçi"ni qəbul edəcək. Saat 19.00-da başlayacaq görüşü İnqilab Məmmədov idarə edəcək. 
 
Turun qalan iki görüşü isə sabah, aprelin 21-də baş tutacaq. 
 
16.30. "Qarabağ" - "Qəbələ" 

Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy Rəhimov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Asif Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu
 
19.00. "Zirə" - "Neftçi"
 
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: İlham Əliyev
Zirə İdman Kompleksinin stadionu
 
Turun dünən baş tutmuş bir qarşılaşmasında aşağıdakı nəticə qeydə alınıb
 
"Turan Tovuz" - "Sumqayıt" 1:4
 
"Qarabağ" - 72, "Sumqayıt" - 47, "Neftçi" - 47, "Zirə" - 46, "Sabah" - 43, "Turna Tovuz" - 42, "Səbail" - 39, "Araz-Naxçıvan" - 32, "Kəpəz" - 31, "Qəbələ" - 16
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->