İdman 21:35 27.03.2024

BFF prezidentindən sərt etiraz: “VAR olmadan oynamayacağıq”

Braziliya Futbol Federasiyasının prezidenti Ednaldo Rodrigues ötən gün keçirilən İspaniya ilə yoldaşlıq matçında rəqibin xeyrinə verilən iki penalti ilə bağlı sərt reaksiya verib.

Qaynarinfo-nun məlumatına görə, "Santyaqo Bernabeu”da baş tutan oyun zamanı Braziliya millisinin qapısına təyin edilən iki penalti mübahisələrə səbəb olub. "Sambaçı”lar hakimin qərarlarına etiraz edib. 

Braziliya Futbol Federasiyasının prezidenti Ednaldo Rodrigues matçın sonunda ölkəsini təmsil edən komandanın VAR olmadan bir daha, hətta yoldaşlıq görüşlərində oynamayacağını bildirib. O açıqlamasında, "CBF FİFA-ya məlumat verəcək ki, təkcə Braziliya yığmasının deyil, həm də yoldaşlıq oyunlarında VAR-dan istifadə etmək məcburiyyətindədir. Futbol Avropada çox inkişaf edib və vacib matçda arzuolunan çox şeylər var. VAR istifadə edilmək üçün mövcuddur. CBF A, B, C, D seriyalarında, həmçinin qadınlar və gənclər kateqoriyasında VAR-dan ən çox istifadə edən ölkələrdəndir” - sözlərini söyləyib. 

İspaniya - Braziliya matçı 3:3 hesabı ilə yekunlaşıb. 

Səbuhi Həsənov