Xəbər lenti

İdman 11:31 25.08.2023

Bonnuçinin "Yuventus" macərası bitir, yeni klubu açıqlandı

Leonardo Bonuççinin "Yuventus"dakı 12 illik karyerası sona çatmaq üzrədir.

Qaynarinfo-nun məlumatına görə Turin klubunun çalışdırıcısı Massimiliano Alleqri də ulduz futbolçunu gələcək planlarına daxil etməyib.

Avro 2024-də İtaliya  millisinin heyətində iştirak etmək niyyətində olan təcrübəli futbolçu Bundesliqa komandası "Union Berlin”lə şifahi razılığa gəlib. "Tuttosport”un məlumatına görə, A Seriyası komandalarından "Latsio” Bonuççini heyətinə qatmaq istəsə də, romalıların yavaş tempi keçidi mümkünsüz edib. Xəbərə görə, "Union Berlin” Bonuççi üçün "Yuventus"a 500 min avro ödəyəcək.

Müdafiəçi 2010-cu ildə 15,5 milyon avroya "Bari"dən "Yuventus"a keçib. Təcrübəli oyunçu 2017-18-ci illərdə 42 milyon avroya "Milan"a transfer olunsa da, bir mövsümdən sonra 35 milyon avro qarşılığında "Yuventus"a qayıdıb.

İtaliyalı futbolçu "Yuventus”da 17 kubok qazanıb, iki dəfə Çempionlar Liqasının finalında çıxış edib.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?