Xəbər lenti

İdman 10:41 02.09.2022

Bu gün 8 karateçimiz Premyer Liqada mübarizəyə başlayır

Bu gün Bakıda Karate1 Premyer Liqa turniri start götürüb.

Qaynarinfo-nun məlumatına görə, yarışın ilk günündə Azərbaycanın 8 təmsilçisi mübarizəyə qoşulacaq. Kişilərin kumite yarışında 60 kq çəki dərəcəsində Sultan Hüseynovla Əminağa Quliyev, 67 kq-da Tural Ağalarzadə, Firdovsi Fərzəliyev və Rafiz Həsənov, 75 kq-da Fərid Ağayev tatamiyə çıxacaq.

Qadınlardan isə İnci Əzizova (50 kq) və Mədinə Sadiqova (55 kq) qüvvəsini sınayacaq.

Bu gün həmçinin, qadınlar fərdi kata mübarizəsi də başlayıb. Azərbaycan həmin növdə təmsil olunmur.

Premyer Liqanın Bakı mərhələsinə 58 ölkədən 347 tannmış karateçi qatılıb.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->