İdman 11:22 10.12.2022

Bu gün DÇ-2022-də 1/4 final mərhələsinə yekun vurulacaq

Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/4 final mərhələsinə yekun vurulacaq.

Qaynarinfo xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma keçiriləcək.

Əvvəlcə Portuqaliya millisi turnirin sürpriz komandası Mərakeşi sınağa çəkəcək. "Əl Tumama” stadionunda oynanılacaq görüş
FIFA referisi Fakundo Telyo idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. 

Digər oyunda İngiltərə və Fransa yığmaları üz-üzə gələcəklər. "Əl Bayt” stadionundakı görüşün baş hakimi braziliyalı Uilton Sampayo olacaq.

DÇ-2022

1/4 final mərhələsi

10 dekabr

19:00. Mərakeş - Portuqaliya

Baş hakim: Fakundo Telyo (Argentina)
"Əl Tumama” stadionu

23:00. İngiltərə - Fransa
 
Baş hakim: Uilton Sampayo (Braziliya)
"Əl Bayt” stadionu

1/4 finalın digər 2 oyunu dekabrın 9-da baş tutub. Xorvatiya Braziliyanı, Argentina isə Niderlandı məğlub edərək, yarımfinala yüksəlib.
 
Səbuhi Həsənov