Xəbər lenti

Şeydayevin transferi açıqlandı:
İdman 17:54 17.01.2024

Şeydayevin transferi açıqlandı: "Bu komandaya keçdiyim üçün xoşbəxtəm"

Türkiyə klubu "Kocaelispor" Ramil Şeydayevin transferini açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, klub millimizin üzvü ilə 1,5 illik müqavilə imzalayıb. 

Milli üzvü təqdimat mərasimində verdiyi açıqlamada, "Transfer danışığı uzun sürdü. Amma bu komandaya keçdiyim üçün xoşbəxtəm. Uğurlu mövsüm keçirmək istəyirəm. Türkiyədə və "Kocaelispor”da olmaq, burada oynamaq məni həyəcanlandırır. Transferimdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Mövsümün sonunda birlikdə sevinəcəyik”.

Şeydayevin sonuncu klubu Tayland təmsilçisi "Buriram Yunayted" olub.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->