Xəbər lenti

İdman 17:46 23.04.2024

Fabio Kannavaronun yeni klubu müəyyənləşdi

İtaliya A Seriyası təmsilçisi "Udineze"nin yeni baş məşqçisi müəyyənləşib.

Qaynarinfo-nun məlumatına görə, komandada bu post məşhur italiyalı veteran futbolçu Fabio Kannavaroya tapşırılıb. O, Qabriel Koffinin əvəzinə təyin olunub. Klubdan verilən açıqlamada mütəxəssislə mövsümün sonuna qədər anlaşma əldə edildiyi bildirilib. 

Çində "Quanqzou", "Tianjin", Səudiyyə Ərəbistanında "Al-Nassr"ı çalışdırmış 50 yaşlı veteran, Çin millisinə, sonuncu dəfə isə İtaliya klubu "Benevento"ya rəhbərlik edib. 

Hazırda A Seriyasında 33 xalı olan "Udineze" aşağı dəstəyə düşməyə yaxın yerdə qərarlaşıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->