İdman 15:54 29.03.2024

İkinci divizion komandasının stadionu çökdü

İspaniyada ikinci divizion komandası "Burqos"un stadionu çöküb.

Qaynarinfo-nun məlumatına görə, Burqosda yerləşən "El Plantio" bələdiyyə stadionunu əhatə edən divarlardan biri uçub. Burqos saatda 80 kilometrə çatan güclü küləklər səbəbindənsarı xəbərdarlıq altında olan bölgələrdən sayıldığı üçün stadionun da məhz təbii amil səbəbindən uçduğu düşünülsə də çökmənin buna görə baş vermədiyi bildirilib.  

Cənubdan şimala doğru uzanan, uzun müddətdir təmir edilməyən,  kərpiclə hörülmüş divarla qismən əhatə olunan stadionun yıxılan hisəsi 1964-cü ilə aid olub. 

Ancaq klubdan verilən açıqlamada bunun bu gün "Burgos" - "Espanyol" matçı üçün heç bir təhlükə yaratmadığı bildirilib.  Qəza zamanı obyektlərin daxilində yükləmə-boşaltma işləri aparılırdı. Ancaq bunların baş vermiş hadisə ilə heç bir əlaqəsi olmadığı bildirilib. Həmçinin, zibilləri təmizləmək və bu gün baş tuatacaq "Espanyol"la oyun üçün meydançanın içində hasarlar quraşdırılıb. Dağılmadan təsirlənən yer 2025-ci ilin mayından əvvəl başlamalı olan islahat layihəsi çərçivəsində təmiri gözlənilən ərazilərdən biridir.

Səbuhi Həsənov