Xəbər lenti

İdman 19:35 12.04.2024

İngiltərə millsinin sabiq futbolçusu necə müflis olmasından danışdı

Futbolda Premyer Liqa oyunçularının 60%-i butslarını asdıqdan dörd-beş il sonra müflis olur.

Qaynarinfonun məlumatına görə, aparılan statistikalara əsasən, bu rəqəm NFL-də (Reqbi) 78%-dən çoxdur. NBA-da (Amerika Milli Basketbol Liqası) isə karyerasını bitirən hər beş oyunçudan üçü  bütün sərvətini itirir.

"Mançester Yunayted"in sabiq futbolçusu Ves Braun da belələrindəndir. "Qırmızı Şeytanlar"ın formasını 15 il geyinmiş və o zamana görə həftədə 58500 avro qazanan (karyerası ərzində 10 milyon avro) Braun 2023-cü ildə həyat yoldaşından ayrıldıqdan sonra müflis olub.  O, 2009-cu ildə evləndiyi və üç qızı olan Vasseldən ayrılığı haqda danışıb. Beşqat Premyer Liqa və iki dəfə Çempionlar Liqasının qalibi olan 44 yaşlı sabiq futbolçu podkastların birinə açıqlamasında, gənclik illərində ona rəhbərlik edəcək "doğru insanların" olmadığını deyib.

İngiltərə millisində 23 matçda meydana çıxmış Braun, maliyyə itkilərininin səbəblərini izah edərkən, "Düşünürəm ki, çoxlu pul qazandığınız zaman sizə yol göstərəcək insanlar lazımdır, elə deyilmi? Və deyərdim ki, bu, məndə olmayan şeylərdən biridir. Bu, uzun hekayədir və mən təfərrüatlara varmayacağam. Lakin bunlar uzun müddət əvvəl müəyyən sərmayələr və işlərlə əlaqədar baş verib. Bir çox insan bu problemdən qurtula və ya onu həll edə bildi, amma mən bacarmadım. Edə biləcəyim çox şey yoxdur. Bir çox futbolçular da mənə zəng vurub eyni problemləri yaşadıqlarını demişdi. Mən ağlayacaq və ya şikayət edəcək adam deyiləm. Sadəcə, mübarizə aparıb yoluma davam edəcəyəm" - deyib. 

Səbuhi Həsənov
 


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?