Xəbər lenti

İdman 23:22 13.02.2024

İtaliya A Seriyasında komandaların sayı azaldılır?

İtaliya A seriyasında komandaların sayının 18-ə endirilməsi təklifi qəbul edilməyib. 

Qaynarinfo-nun məlumatına görə, "Yuventus", "İnter", "Milan" və "Roma" komandaların sayını azaltmağa səs verib. A Seriyasının saytında yer alan açıqlamada klub nümayəndələrinin bir araya gəldiyi toplantıda liqanın 20 komanda ilə davam etdirilməsinə qərar verildiyi bildirilib.

İtalyan mətbuatında yer alan xəbərdə, "Yuventus”, "İnter”, "Milan” və "Roma”nın komandaların sayını azaldılamsına səs verdiyi qeyd edildi. 

A Seriyasında əvvəllər 18 olan komandaların sayı 2004/2005-ci  mövsümündən etibarən 20-yə çatdırılıb. Liqada yeni format dəyişikliyi etmək üçün ən azı 14 klubun razılığı alınmalıdır.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?