Xəbər lenti

İdman 11:34 11.07.2022

Karateçilərimiz mükafatçılar sırasına düşə bilmədi

Karateçilərimiz Amerika Birləşmiş Ştatlarının (ABŞ) Birmingem şəhərində 11-ci Dünya Oyunlarında çıxışlarını başa vurub. 

Qaynarinfo xəbər verir ki, son dünya çempionatının nəticələrinə əsasən Dünya Oyunlarına vəsiqə qazanan Asiman Qurbanlı (84+ kq), Roman Heydərov (kata) və İrina Zaretska (-68 kq) mükafatçılar arasına düşə bilməyib.
 
Yarımfinaladək irəliləyən Zaretska bürünc medal görüşündə də qələbəni əldən verib. İdmançıları baş məşqçilər Qurban Tağıyev (kişilər, kumite), Denis Morozov (qadınlar, kumite) və Vahid Ayvazov (kata) müşayiət edib.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov idmançıların mükafatlandırılması mərasimində iştirak edib. 
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->