Xəbər lenti

İdman 21:48 24.04.2024

"Mançester Siti"də gözlənilməz ayrılıq yaşana bilər

Mançester Siti"nin uğurlarında böyük payı olan Bernardo Silva ilə bağlı təəccüblü iddia irəli sürülüb.

Qaynarinfo-nun məlumatına görə, portuqaliyalı ulduzun mövsümün sonunda başqa dünya nəhənginə transferi gündəmdədir. 2017-ci ilin yayında "Monako"dan "Mançester Siti" yə transfer olunan Silva komandanın qələbələrində əsas pay sahiblərindən olub. İngiltərə nəhəngi ilə 2026-cı ilə qədər müqaviləsi olan ulduz üçün yeni transfer iddiası irəli sürülüb.

"Sport"da yer alan xəbərə görə, Silvanı "Barselona" öz heyətində görmək istəyir.  29 yaşlı ulduzun Kataloniya nəhəngində oynamağa həvəsli olduğu deyilir. Sərbəst qalma məbləği 58 milyon avro olan futbolçunun, hətta "Barselona"ya getmək üçün 10 milyon avrosundan da keçməyə hazır olduğu da bildirilir. "Mançester Siti"nin digər futbolçusu İlkay Gündoğan da cari mövsümün əvvəlində "Barselona"ya yollanıb.

Silva bu mövsüm "Mançester Siti"nin heyətində 42 oyun keçirib. O, bu matçlarda 11 qola, beş məhsuldar ötürməyə imza atıb. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->