Xəbər lenti

İdman 15:38 12.05.2022

Mərakeşdəki yarışda iştirak edəcək karateçilərimiz müəyyənləşdi

Sabahdan Mərakeş Krallığının paytaxtı Rabatda Karate1 turnirinin 3-cü mərhələsi keçiriləcək
 
Azərbaycan Milli Karate Federasiyasının Mətbuat Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Dünya Karate Federasiyasının silsilə yarışlarında ölkəmiz 3 idmançı ilə təmsil olunacaq. Yarışa İrina Zaretska (-68 kg), Əminağa Quliyev və Sultan Hüseynovu (hər ikisi -60 kg) qatılacaq. 

Rabatda Karate1 Premyer Liqa turnirində 48 ölkədən 238 idmançı mübarizə aparacaq. Bu turnirin növbəti mərhələsi 2-4 sentyabr tarixlərində Bakıda keçiriləcək.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->