Xəbər lenti

İdman 17:56 15.04.2024

Məşhur ispan karyerasını bitirdi

"Atletik”in təcrübəli futbolçusu Raul Qarsiya karyerasını bitirib.

Qaynarinfo-nun məlumatına görə, bu barədə onun klubundan açıqlama verilib. Qarsiya mövsümün sonunda La Liqada Zubizarreta və Xoakindən sonra ən çox oyun keçirən üçüncü futbolçu kimi butslarını asacaq.

Qarsiya aşağı dəstədə "Osasuna”(101), daha sonra La Liqada "Atletiko” (216) və "Atletik” (285) formaları ilə ümumilikdə 602 matça çıxıb. 

Futbolçu 2004-cü ildə "Osasuna”da debüt edib. O, karyerası ərzində ölkə çempionluğunu (2013/2014), İspaniya kuboku (2012/2013, 2023/2024) və Superkubokunu (2014, 2020/2021) qazanıb. O həmçinin Avroliqanın qalibi (2009/2010), UEFA Superkubokunun qalibi (2010, 2012) də olub.

Qarsiyaya karyerası ərzində oynadığı hər üç komandanın heyətində vida matçı keçirməyə şərait yaradılacaq. Hətta "Atletiko”nun heyətində meydana çıxarkən ona kapitan sarğısı veriləcək. 

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?