Xəbər lenti

İdman 15:50 02.09.2023

Məşhur italiyalı futbolçu ilk dəfə fərqli ölkə təmsilçində oynayacaq

İtaliya millisinin təcrübəli futbolçusu Leonardo Bonuççinin yeni klubu açıqlanıb.

Qaynarinfo-nun məlumatına görə, Almaniya Bundesliqası təmsilçisi "Yunion Berlin" 36 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalayıb .

Karyerası ərzində ancaq İtaliya klublarında oynamış Bonuççi "İnter", "Milan"ın da formasını geyinib. Almaniya klubuna transferindən sonra Bonuççi ilk dəfə fərqli ölkə təmsilçisinin formasını geyinəcək.
 
Təcrübəli müdafiəçi 2018-ci ildən "Yuventus"da çıxış edirdi.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?