Azərbaycanın FIFA referisi Elçin Məsiyevin 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda idarə edəcəyi ilk oyun bəlli olub.
Qaynarinfo UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı hakim 6-cı qrupun İsrail - Polşa matçına təyinat alıb.
Ona Pərvin Talıbov və ingiltərəli Daniel Robathan laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını digər ingiltərəli Con Brooks yerinə yetirəcək.
Martın 22-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. 6-cı qrupun matçları Polşada keçiriləcək.
Səbuhi Həsənov
Şərhlər