İdman 10:40 06.10.2023

Millimiz elit-raundda növbəti matçına çıxacaq

Futzal üzrə DÇ-2024-ün elit-raund mərhələsində bu gün millimiz doğma meydanda ikinci oyununa çıxacaq.
 
Qaynarinfo-nun məlumatına görə, rəqib qrupun hazırkı lideri Qazaxıstan yığmasıdır. Bakı İdman Sarayında start fiti saat 20:00-da veriləcək görüş CBC Sport-la canlı yayımlanacaq. Zala giriş sərbəst olacaq.
 
Azərbaycan və Qazaxıstan milli komandaları yoldaşlıq oyunlarında və beynəlxalq turnirlər çərçivəsində dəfələrlə üz-üzə gəlsə də, rəsmi yarışlarda indiyə qədər cəmi bir dəfə qarşılaşıb. Belə ki, AÇ-2012-nin seçmə mərhələsində hər iki milli Bakıda keçirilən matçda rəqib olub. Görüş komandamızın 6:3 hesablı qələbəsi ilə yekunlaşıb. Bugünkü oyun rəsmi müstəvidə ikinci duel olacaq.

DÇ-2024, elit-raund

20:00. Azərbaycan - Qazaxıstan

Hakimlər: Kirill Naişouler, Arttu Kyynaeraeinen, Paavo Komppa (Finlandiya)
Timekeeper: Anar Fərəcov (Azərbaycan)
Hakim-inspektor: Tarik Keço (Bosniya və Herseqovina)
UEFA nümayəndəsi: Sean Dipple  (İngiltərə)
6 oktyabr. Bakı İdman Sarayı.

Səbuhi Həsənov