Xəbər lenti

İdman 14:20 15.03.2024

Millimizin məşqçisi: “Sabah lisenziya qazananda nə sual verəcəksiniz?”

İtaliyanın Busto Arsizio şəhərində təşkil olunan boks üzrə Birinci Dünya Olimpiya Təsnifat Turnirində iştirak edən millimiz cəmi bir lisenziya qazandı. Sözügedən lisenziyanı da yarış ərzində dörd döyüş keçirən Nicat Hüseynov əldə edib. 

Boks üzrə yeniyetmələrdən ibarət millimizin məşqçisi Ağası Məmmədov Qaynarinfo-ya açıqlamasında idmançılarımızın çıxışını şərh edib. O, bu nəticəni heç də uğursuzluq kimi qiymətləndirməyib:

"Lisenziya turnirləri hələ bitməyib. Yeddi çəki dərəcəsində üç lisenziya almışıq. İnşallah növbəti yarışdan lisenziya alarıq. Hələ qızlar da var. Bu gün nəticə belədir. Sabah lisenziya qazananda nə sual verəcəksiniz? Bu bir marafondur, davam edir. Heç bir uğursuzluq yoxdur. Hər məğlubiyyət idmançı üçün bir təcrübədir. Çatışmazlıqları düzəldəcəklər”.

Məmmədov qarşıdakı turnirlərdə lisenziya şanslarını da dəyərləndirib:

"Dəqiq deyə bilmərəm. Bütün heyətlə, yaxud yeddi oğlan boksçu ilə də yollana bilərik. Altı və ya beş də ola bilər. Bu böyük nəticədir. Əvvəlcə 12 çəki dərəcəsində yarışırdılar. Sonradan azaldıldı. İnda lap çətindir. Beş lisenziya qazansaq, Avropada altıncı, beşinci ən yaxşı komanda olacağıq”.

Boksçularımızın hazırlıq səviyyəsi barədə də danışan məşqçi heç bir problem olmadığını söyləyib:

"Hazırlıq yüksək səviyədədir. Başda Federasiya prezidenti Sahil Babayev olmaqla, vitse-prezidenti, rəhbərlik baş məşqçinin istədiyi şəkildə komandaya şərait yaradıb. Təlim-məşq toplanışları, yarışlar, qidalanama, hamısını lazımi şəkildə həyata keçiririlər”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->