İdman 14:33 30.01.2024

Nail Kərimov qəfil istefa qərarından danışdı

Bu gün "Qəbələ”də, belə demək mümkünsə, sürpriz ayrılıq gerçəkləşdi.
 
Uzun müddətdir, 2006-cı ildən bölgə klubunun rəhbərliyində təmsil olunan, müxtəlif vəzifələrdə çalışan Nail Kərimov istefa verdi. Açığı, bu bir qədər gözlənilməz olduğundan Kərimovun niyə belə qərar verdiyi maraqlı idi.

İstefası ilə bağlı Qaynarinfo-ya açıqlama verən keçmiş klub rəsmisi qısaca bunları dedi:

"Özüm istefa verdim. Amma bundan artıq nəsə demək istəmirəm. Hələ ki başqa təkliflər yoxdur. Harada çalışacağımla bağlı qərar verməmişəm. Əslində, bu qərarı birdən-birə verməmişəm. Uzun müddət idi fikirləşirdim. Əsas odur komanda yüksək dəstədə yerini qorusun. Qalan məsələlər yavaş-yavaş düzələcək”.

Səbuhi Həsənov