Xəbər lenti

İdman 11:23 21.12.2023

Neymardan üzücü xəbər

Braziliyalı ulduz Neymar zədəsi səbəbindən 2024-cü ildə keçiriləcək "Copa America"da oynaya bilməyəcək.

Qaynarinfo-nun məlumatına görə, bu barədə Braziliya millisinin həkimi Rodriqo Lasmar ölkə mətbuatına verdiyi açıqlamada bildirib. O, dizindən əməliyyat olunan Neymarın yaşıl meydanlara tələsik qayıtmayacağını deyib. O, lazımsız risklərə getməyin mənasız olduğunu, "Al-Hilal"da çıxış edən 31 yaşlı hücumçunun gələn ilin avqustunda tam sağalacağına ümid etdiklərini söyləyib. 

Oktyabrda Braziliya - Uruqvay matçında zədələnən və sol dizinin ön çarpaz bağında yaranan cırılma səbəbindən əməliyyat olunan Neymarın uzun müddət meydanlardan uzaq qalacağı açıqlanmışdı.

Amerika kuboku 2024-cü ildə 20 iyun - 14 iyul tarixləri arasında ABŞ-da keçiriləcək. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->