İdman 13:42 06.05.2022

Niderlandlı futbolçu avtomobil qəzası keçirdi

Belçika komandalarından "Mexelen"in formasını geyinən Rik van Dronqelen dəhşətli yol qəzası keçirib.

Qaynarinfo xəbər verir ki, qəzada 18 yaşında bir gənc dünyasını dəyişib. 23 yaşlı futbolçunun durumunda isə ciddi problem olmadığı bildirilib.

Hadisə iki gün öncə, səhər saatlarında Meçelendən 70 km uzaqlıqdakı Axel kəndi yaxınlığında baş verən qəzada iki avtomobilin üz-üzə toqquşması nəticəsində baş verib, hətta köməyə xilasedici helikopter də çağrılıb. Səhər məşqinə gedən Dronqelenin yanındakı 18 yaşlı gənc həyatını itirb. Futbolçu isə xəstəxanaya çatdırılıb. "Meçelen"in idman direktoru Tom Kaluve Rikin xəstəxanaya yerləşdirildiyini, onun yaralarının ilk baxışdan pis görünmədiyi, ancaq əlvə tibbi müayinələr ediləcəyini bildirib, dünyasını dəyişən gəncin ailəsinə isə başsağlığı verib. 

23 yaşlı müdafiəçi 2017-2021-ci illər arasında "Hamburq"da çıxış edib və 95 oyunda meydana çıxıb.
 



Səbuhi Həsənov