İdman 18:00 01.11.2023

PFL oyunların yayımı ilə bağlı heç kimlə anlaşa bilmədi

Peşəkar Futbol Liqası Premyer Liqa və aşağı dəstə təmsilçilərinin oyunlarının yayımları ilə bağlı heç bir şirkətlə anlaşa bilməyib. Qurum "Insport”sla əməkdaşlığı dayandırdıqdan sonra yeni yayım şirkəti ilə anlaşmaq niyyətində olsa da, hələlik bu alınmır.   

Bu barədə qurumun media və marketinq direktoru Sənan Abdullayev Qaynarinfo-ya açıqlamasında bildirib:

"Bu məsələ hələ ki, dayandırılıb. Çünki heç kimlə anlaşa bilmədik. Daha doğrusu, müəyyən müddətə qədər danışıqları dayandırmışıq. Duruma uyğun davranacağıq. Ümumi prosedur bizi tam qane etmədi. Müəyyən müddətdən sonra ola bilər yenidən məsələyə qayıdaq. Hələ ki, Premyer Liqa və aşağı liqaların oyunları PFL-in "YouTube” səhifəsi üzərindən yayımlanacaq. Yayım hüququ elə PFL-in "YouTube” səhifəsinə məxsusdur. Bu üzdən "CBC Sport” da daxil heç kim öz "YouTube” səhifəsi vasitəsilə canlı yayımlaya bilməz”.

Səbuhi Həsənov