Xəbər lenti

Dünya 10:44 28.04.2022

Putinin keçmiş kürəkəninin villası müsadirə olundu

Fransa hökuməti rusiyalı biznesmenlərə məxsus 3 villanın üzərinə həbs qoyub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Nice-Martin" nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, bu addım Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların tərkib hissəsidir.

Villalardan ikisi Lazur çayının sahilində yerləşir. Onlardan biri "Rusala” şirkətinin rəhbəri Oleqa Deripaskaya məxsusdur. Sen-Jan-Kap-Ferra kommunasında yerləşən və Versal sarayını xatırladan digər villa isə "Russkoy platinı” şirkətinin Direktorlar Şurasının sədri Musa Bajaevin mülkiyyətindədir.

Fransa hökumətinin müsadirə etdiyi üçüncü villanın sahibi isə Ruisya prezidenti Vladimir Putinin qızı Katerina Tixinovanın keçmiş əri, "Sibura” şirkətinin səhmdarı Kirill Şamalovdur.

Fransa hökumətinin məlumatına görə, Rusiya ilə Ukrayna arasında müharibə başlayandan sonra Rusiya Bankının 22.8 milyard avro dəyərində xarici aktivləri dondurulub. Həmçinin sanskiya altına düşən ruslara məxsus 30-a yaxın daşınmaz əmlak, 4 yaxta, 6 helikopter və 3 sənət əsərinin üzərinə həbs qoyulub.

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?