İdman 17:22 31.01.2024

"Qəbələ"də yeni məşqçi

"Qəbələ”nin əsas komandasında daha bir təyinat gerçəkləşib.
 
Qaynarinfo-nun məlumatına görə, Çağlar Volqa "qırmızı-qaralar”ın məşqçisi təyin olunub. Türkiyəli çalışdırıcı Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. 46 yaşlı mütəxəssisin son klubu "Samsunspor” olub. O, Türkiyə təmsilçisində fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyət göstərib.
 
Volqa karyerası ərzində, "Marmaris Bələdiyyəsi”, "Göztepe”, "Altınordu”, "Altay”, "Erzincanspor”, "Konyaspor” klublarında köməkçi məşqçi kimi çalışıb. Mütəxəssis "Osmanlıspor”da əvvəl videoanalitik, sonradan köməkçi məşqçi, "Erzurumspor” və "Samsunspor”da fiziki hazırlıq üzrə çalışdırıcı kimi işləyib.
 
Səbuhi Həsənov