İdman 15:12 19.03.2024

"Qəbələ" MMA döyüşçüsü ilə müqavilə bağladı

"Qəbələ” MMA döyüşçüsü Ramin Sultanovla müqavilə bağlayıb. 
 
Qaynarinfo-nun məlumatına görə, idmançı ilə anlaşma müddəti bir ili əhatə edir.

Sultanov yüngül çəkidə "Eagle FC” çempionudur. O, bu kəmərə 2023-cü ilin noyabrında sahib olub. 
 
Peşəkar karyerasına 2019-cu ildə başlayan Sultanov indiyədək 10 döyüş keçirib. Onun aktivində 9 qələbə var.
 
Səbuhi Həsənov