İdman 11:06 27.01.2023

Ronaldonun komandası uduzdu, "Messi" şüarları ilə yola salındı

Kriştiano Ronaldonun formasını geyindiyi "Əl Nəsr” Səudiyyə Ərəbistanı Super Kubokunun yarımfinal matçında "Əl İttihad”la qarşılaşıb.

Qaynarinfo-nun məlumatına görə, portuqaliyalı superulduzun komandası rəqibinə 3:1 hesabı ilə məğlub olub. Qarşılaşmada 90 dəqiqə meydanda olan Ronaldo yeni klubu ilə keçirdiyi ikinci rəsmi matçda qol vura bilməyib.

Matçın final fitindən sonra paltardəyişmə otağına yollanan Ronaldonu rəqib komandanın azarkeşləri "Messi” şüarları ilə yola salıb. "Əl İttihad” azarkeşləri Ronaldonun əzəli rəqibi Messinin adını çəkməklə portuqaliyalı oyunçunu qəzəbləndirməyə çalışıblar.

Səbuhi Həsənov