Xəbər lenti

İdman 14:17 03.01.2024

Runinin istefaya göndərilməsinin səbəbi açıqlandı

İngiltərə Çempionşipində çıxış edən "Birmingem" baş məşqçi Ueyn Runi ilə yolları ayırıb.

Qaynarinfonun məlumatına görə, bu barədə klubdan rəsmi açıqlama verilib. Açıqlamada 38 yaşlı britaniyalı məşqçinin gözləntiləri doğrultmadığı üçün qovulduğu bildirilib. 

Runi 2023-cü ilin oktyabrında "sükanı" arxasına keçdiyi "Birmingem"də meydana çıxdığı 15 matçda cəmi iki qələbə, dörd heç-heçəyə imza atıb. Onun komandası qalan doqquz matçda məğlub olub. 

Məşqçinin beşinci pillədə təhvil aldığı komanda hazırda turnir cədvəlində 20-ci yerə düşüb və 28 xalı var. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->