Xəbər lenti

İdman 21:42 12.04.2024

Rusiyalı idmançı ikiillik diskvalifikasiya edildi

Rusiya əsilli atlet Yekaterina Quliyeva idmandan iki il müddətinə diskvalifikasiya edilib. 

Qaynarinfo-nun məlumatına görə, "Athletics Integrity Unit" (AİU) tərəfindən verilən açıqlamada, Quliyevanın 2012-2014-cü illərdəki test nümunələrində qadağan olunmuş maddələr aşkar edildiyi bildirilib.

33 yaşlı idmançıya 2023-cü il martın 28-dən etibarən başlayan ikiillik cəza verilib. Quliyevanın mayın 13-dək etiraz etməyəcəyi təqdirdə qadağa qərarı məcburi olacaq və 2012-ci ildə Londonda keçirilən olimpiadada qazandığı gümüş medal geri alınacaq. 

London 2012-də qadınlar arasında 800 metr məsafəyə qaçışda üçüncü yeri tutub. Lakin qızıl medal qazanan digər rusiyalı idmançı Mariya Savinovada dopinq aşkarlandığı üçün Quliyeva ikinci yerə yüksəlib və gümüş medal qazanıb.

2022-ci ildən Türkiyə adına yarışmağa başlayan idmançı həmin il Əlcəzairdə keçirilən 19-cu Aralıq dənizi Oyunlarında qadınlar arasında 800 metr məsafəyə qaçışda qızıl medal qazanıb.

Səbuhi Həsənov
 


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?