İdman 13:51 23.11.2023

"Səbail"in stadionunda elektrik problemi yaranıb

"Səbail”in - "Kəpəz" matçının vaxtı dəyişdirilib.

Qaynarinfo-nun məlumatına görə, ev oyunlarını keçirdiyi "ASCO Arena”nın elektrik təchizatında problem yarandığı üçün Misli Premyer Liqasının 14-cü turunun oyun cədvəlində dəyişiklik edilib.

"Səbail"in müraciəti əsasında "Kəpəz” PFL tərəfindən məlumatlandırılıb və əvvəlcədən 18:30-da başlanması nəzərdə tutulan oyunun 14:00-da başlanmasına qərar verilib.

Bundan əlavə, təşkilati məsələlər ilə bağlı 16-cı turun "Zirə” - "Araz Naxçıvan” oyununun startı 18:00-dan 17:00-a keçirilib.

Səbuhi Həsənov