Xəbər lenti

Video 13:25 12.04.2024

Səudiyyə Ərəbistanında azarkeş futbolçunu qamçıladı (VİDEO)

Səudiyyə Ərəbistanı Superkubokunun finalında "Al-Hilal” və "Al-İttihad” arasında oynanılan matçdan sonra futbolçu Abdurrezak Hamdallaha qamçı ilə hücum edilib.

Qaynarinfo-nun məlumatına görə, qarşılaşmadan sonra "Əl-İttihad”ın formasını geyinən Abdurrezak Hamdallah bir azarkeşlə mübahisə edib. 33 yaşlı futbolçu tribunadan ona qışqıran azarkeşin üzərinə su atıb. Azarkeş isə daha da aqressivləşərək futbolçuya hücum edib və qamçı ilə vurmağa başlayıb. Qamçılanan futbolçu, azarkeşlərə hücum etmək istəsə də məmurlar onu sakitləşidirb və fanatı isə hadisə yerindən uzaqlaşdırıblar.

Superkubokunun finalında baş tutan  qarşılşama "Al-Hilal" 4:1 hesabı ilə rəqibini məğlub edərək superkuboku öz muzeyoinə aparıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->