Xəbər lenti

İdman 17:30 19.12.2022

Təcrübəli referi DÇ-nin final matçının şərh etdi: “Elədirsə, həmin qol sayılmamalıdır”

Qətərdə keçirilən dünya çempionatının final matçı çox maraqlı və gərgin anlarla yadda qaldı. Argentina və Fransanın üz-üzə gəldiyi oyun penaltilər seriyasına qədər uzansa da, izləyənlərə zövq verdi. Təbii ki, qarşılşamnı gərginləşdirən və ya maraqlı keçməsinə səbəb olan amillərdən biri də hakim qərarları idi. Bəs əsas və əlavə vaxtlarında 3 penalti təyin olunan, sonradan penaltilər seriyasına qədər uzanan qarşılaşmada baş hakim Şimon Marçinyakın idarəçiliyi necə idi? 

Final matçının hakimliyini Azərbaycanın tanınmış hakimlərindən olan, sabiq FİFA referisi Rüstəm Rəhimov Qaynarinfo-ya şərh edir:

"Təbii ki, dünya çempionatının final oyunlarında oynama imkan verirlər. Vərqə göstərmək, oyunu "sındırmaq” istəmirlər. Penalti qərarları doğru idi. Di Mariyanı yıxdılar və hakim penalti qərarı verməklə düz etdi. O cümlədən Argentina millisinin qapısına təyin olunan hər iki penalti doğru qərar idi. Hakim kobud səhvlərə yol vermədi. Elə epizodlar vardı futbolçuya sarı vərəqə göstərmək olardı. Amma hakim oyunu saxlamadı və futbolçuların oynamasına imkan verdi. 70-ci dəqiqədən sonra oyun bir qədər də qızışdı və maraqlı final alındı. Əlavə vaxt, gərgin oyun…”

İnternet qaynaqlarında Messinin 108-ci dəqiqədə vurduğu qol zamanı meydançada 13 argentinalı futbolçunun olmasının fotoları da yayılmışdı. Fotodan Messinin rəqib qapısını nişan alarkən ehtiyatda olan iki argentinalının meydana girməsi və topun qapı xəttini keçdiyi anda onların hər ikisi qazon üzərində olduğu görünür. Keçmiş referi bunun qanuna zidd olduğunu bildirir:

"Açığı saytlarda rast gəlməmişəm. Oyundan sonra rus şərhçilərdə hakimlərin qərarlarını təhlil edirdi. Təbii ki, bu, qanun pozuntusudur. Bir anlıq meydançaya girib daha sonra çıxıblarsa, artıq olanlar olub. Amma qol vurulan anda meydançada olublarsa, həmin qol sayılmamalıdır. Hakim oyunu saxlamalıdır, həmin futbolçulara xəbərdarlıq olunmalıdır. Bu oyun qaydalarının pozulmasıdır. Çünki futbolda hər iki komandada 11 nəfər olur. Oyun vaxtı meydançada olan artıq futbolçunun ayağına top dəysə təbii ki, protest yazılmalıdır. Kənarda dayanıbsa, o başqa. Matçın 4-cü hakimi o futbolçuları kənara çəkməlidir”.
 


Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->