Xəbər lenti

İdman 16:42 28.02.2023

“Turan Tovuz”un gözlədiyi avtobus haradadır?

Premyer liqaya maddi sıxıntılarla başlayan "Turan Tovuz”da problemlər həllini tapmaqda gecikir. Baxmayaraq ki, artıq yeni sponsor tapılıb. Əsas məsələlərdən biri də avtobusla bağlıdır. Mövsümün əvvəlindən Futbolun İnkişaf Fondunun layihəsi olan "turan100k” effekt vermir.
 
Yetərincə pul yığılmadığından iş qalıb yeni sponsora. Bəs bununla bağlı məsələ nə yerdədir? Ümumiyyətlə, "Turan Tovuz” rəhbərliyi sözügedən "100k” layihəsindən ümidini üzübmü? 

Bununla bağlı suallarımıza klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayev cavab verib. O, Qaynarinfo-ya açıqlamasında bunları söyləyib:
 


"Hər şey yaxşıdır. Artıq sponsorumuz da var. Futbolu sevən, anlayışı olan insandır. Futboldan anlayışı olmayan sponsor gələndə ziyana gedir. Ancaq bizim sponsor futbolu çox sevir. Avtobus məsələsi ilə bağlı söhbətlər gedir. Həll olunmalıdır. Futbolun İnkişaf Fondundan da əlimizi üzməmişik. Fondun rəhbəri Tural Piriyevin komandamıza sponsor tapılmasında çox böyük əməyi var. Sponsorumuz yenidir, həm avtobus, həm işıq məsələsini həll edəcək. Özü deyib ki, köklü komanda qurmaq istəyir. Eybi yox, bu gün uduzub, sabah udarsan. O, "Qarabağ” kimi intizamlı komanda formalaşdırmaq arzusunda olduğunu deyib. Həmin intizam "Turan Tovuz”da var. Çünki klubu idarə edənlər futbol adamlarıdır. Mənəm, Nadir Nəbiyevdir, Ayxan Abbasovdur… Azərbaycanda üç yaxşı məşqçi varsa, biri Ayxandır. Həqiqətən onun əməyi danılmazdır. Rəhbərlik ona inanır və səlahiyyət verib. Komandamızda bir nəfər artıq-əskik danışa bilməz. Hər kəs öz işi ilə məşğuldur. Rəhbərlik məşqçinin işinə müdaxilə etsə, orada intizam olmayacaq”.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?