Xəbər lenti

İdman 11:54 14.02.2024

"Turan Tovuz"un sponsorundan maraqlı təbrik: “Sevgilim bu gün…”

"Turan Tovuz”un sponsoru "Huner Group”un rəhbəri Ehtiram Quliyev klubu ad günü münasibətilə özünəməxsus tərzdə təbrik edib.

Qaynarinfo-nun məlumatına görə, Quliyev bu münasibətlə "Sevgilimə məktub” adlı yazı paylaşıb.

O, paylaşımında aşağıdakı sözlərə yer verib:

"14 fevral Sevgililər günü -Sevgilimə məktub!

Gözəllər içindən tək səni seçdim.
Qəlbimi mən sənə,tək sənə verdim.

Sevgilim bu gün 32 yaşında!

Düüz 32 il öncə qışın bu oğlan çağında dünyaya gəlib o.
Çox çətinliklər görüb, gah müharibə, itkilər.. gah aclıq, səfalət.
Hələ uşaq ikən qazsız, işıqsız şəraitdə, yarı ac, yarı tox böyüyüb o.
Odun peçinin tüstüsündə isinərək..
Bəzən ata-analı, bəzən yetim.
Uşaqlıqdan çarəsizliyin nə olduğunu bilib o.
Çarə axtarıb çarəsiz üzlərdə, əllərdə..
Bəzən çətinliklərdə yoğrulmuş 100 yaşlı qarının  təmkini var üzündə..
Bəzən də uşaqlığını yaşamamış, ona doymamış, böyümək istəməyən körpə kimidir o.
Amma artıq əli əlimdə, gözü gözümdədir.
Səhəri onunla açıb, gecə ən son onun xəyalıyla yatıram mən. Və bu xəyalla yaşayan tək mən deyiləm. 32 ildir onu böyümüş, inkişaf etmiş görmək çoxlarının arzusudur. Yay demədən, qış demədən onu izləməyə gələn hər kəsin sevdasıdır o!
Dilimdəsən gündüz gecə, sətir-sətir, heca-heca!
Doğum günün mübarək Turan Tovuz PFK!”

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->