İdman 14:15 26.11.2022

Ueyn Runi haqda: "O, futbolçulara şalvarının altında olanlardan danışırdı..."

Futbolçu karyerasını bitirdikdən sonra baş məşqçi vəzifəsinə başlayan İngiltərə millisinin və "Mançester Yunayted"in Ueyn Runinin paltardəyişmə otağında etdiyi hərəkətlər ortaya çıxıb.

Qaynarinfo xəbər verir ki, Runinin futbolçuları ilə paltardəyişmə otağında söhbətləri onun birlikdə işlədiyi, lakin adının çəkilməsini istəməyən mənbə tərəfindən açıqlanıb. Mənbə Runinin komandadaxili iclaslarda futbolla yanaşı şəxsi həyat təcrübələrini də bölüşdüyünü bildirib. 

Həmin şəxs açıqlamasında "Fikrimcə o, şəxsi həyatındakı təcrübələri də komandaxili söhbətlərə qataraq  futbolçuları ilə səmimi münasibət qurmaqla daha çox onlara təsir etdiyini düşünür. O, şalvarının altında olanlardan danışaraq komandanın diqqətini cəlb etməyə çalışırdı. O, komandadaxili söhbətləri zamanı cinsi həyatından və cinsi orqanının ölçüsündən danışır. Bəzi gənc futbolçular bu çıxışları dəhşət içində dinləyirlər. Onlar məəttəl qalıblar. Güman edirəm ki, onlarda ingilisdəki kimi mizah hissi olmadığı üçün bu söhbətlər bir qədər qəribə görünür" - sözlərini söyləyib.

Keçmiş futbolçu 2021-ci ildə karyerasını bitirdikdən sonra məşqçi kimi fəaliyyət göstərməyə başlayıb. Əvvəlcə ölkəsində "Derbi Kaunti"ni çalışdıran məşqçi daha sonra ABŞ-da "D.C. Yunayted"in sükanı arxasına keçib.

Səbuhi Həsənov