Xəbər lenti

İdman 11:52 16.12.2022

Ueyn Runi ingilis reperə boks döyüşü təklif edib

Ueyn Runi ingilis reperə boks döyüşü təklif edib

Sosial şəbəkələrdə KSİ adı ilə məşhur olan reper Olayde Olatunyi İngiltərə millsinion sabiq futbolçusu Ueyn Runinin onunla boks döyüşünə girmək istədiyini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, britaniyalı reper Runinin onunla döyüşmək istədiyini bildirib. O, "Talk Sport"a  açıqlamasında "Ümid edirəm ki, o, bunu burada açıqlamağıma əsəbiləşmir. Runi mənimlə əlaqə saxlayıb, "döyüşə getməliyik" dedi. Mən onun təklifini rədd etdim. Həqiqətən də onunla döyüşmək istəmirəm".

Reper bundan əvvəl də boks yarışlarında görünüb. KSİ bu ilin avqustunda iki boks matçında iştirak edib və qalib gəlib. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->