Xəbər lenti

İdman 15:08 03.07.2023

Vyeranın yeni klubu müəyyənləşdi

"Kristal Pelas"dan ayrılan baş məşqçi Patrik Vyeranın yeni iş yeri müəyyənləşib.

Qaynarinfo-nun məlumatına görə, keçmiş futbolçu Fransa təmsilçisi "Strasburq"la üçillik müqavilə imzalayıb. Bu barədə klub rəsmi elan verib.

47 yaşlı keçmiş müdafiəçinin transferini şərh edən Fransa klubunun prezidenti Mark Keller açıqlamasında "Onu Strasburqda salamlamaqdan çox şadam. Patrikin gəlişi bizə daha da inkişaf etməyə və irəliyə doğru addım atmağa imkan verəcək. Biz onun burada, sağlam və doyurucu bir mühitdə əla iş görəcəyinə inanırıq. Ona uğur qazanması üçün ən yaxşı şərtlər irəli sürəcəyik" - sözlərini söyləyib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->