İdman 11:30 16.11.2022

Yığmamız bu gün yoldaşlıq matçı keçirəcək

Bu gün Canni De Byazinin rəhbərlik etdiyi millimiz beynəlxalq yoldaşlıq görüşünə çıxacaq.
 
Qaynarinfo xəbər verir ki, yığmamız Kişinyovdakı "Zimbru” stadionunda Moldova ilə qarşılaşcaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq və CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Oyunu Ukraynadan olan hakimlər idarə edəcək.
 
Beynəlxalq yoldaşlıq görüşü
 
19.00. Moldova - Azərbaycan
 
Hakimlər: Denis Şurman, Aleksandr Jukov, Viktor Nijnik (Ukrayna), Roman Jitari (Moldova)
 
Səbuhi Həsənov