Xəbər lenti

İdman 12:04 28.12.2023

"Yuventus" 41 milyonluq futbolçu ilə müqavilə imzaladı

"Yuventus" braziliyalı futbolçu Qleyson Bremerlə müqaviləni yeniləyib.

Qaynarinfo-nun məlumatına görə, bu barədə klubdan açıqlama verilib. Müqavilənin 2028-ci ilə qədər uzadıldığı bildirilib. 26 yaşlı müdafiəçi 2022-ci ildə "Torino"dan 41 milyon avroya transfer olunub.

Bu mövsüm "Yuventus"un heyətində 17 matçda meydana çıxan Bremerin aktivində bir qol var.

Səbuhi Həsənov