Xəbər lenti

İdman 12:04 12.10.2023

"Yuventus"da problemlər bitmir - Əvvəl dopinq, indi də mərc...

A Seriyası nəhəngi "Yuventus"da sular durulmaq bilmir.

Qaynarinfo-nun məlumatına görə, İtaliya klubunun heyətində Pol Poqbanın dopinq testinin nəticəsi müsbət çıxmışdı. Ancaq bu qalmaqaldan sonra komandanın digər oyunçusu Nikolo Faqioli də istintaqa cəlb olunub. O, oyunlara mərc etməkdə günahlandırlır. Turin Prokurorluğu və İtaliya Futbol Federasiyası məsələ ilə bağlı iş açıb.

İstintaqda iştirak edən müstəntiqlər məlumat və əməliyyatları araşdırdıqlarını və Faqiolinin beynəlxalq səviyyədə şübhəli bukmeykerlərindən biri olduğu qənaətinə gəliblər. 

İtaliyada qumar oynamaq ümumilikdə cinayət hesab olunmur. Ancaq qeyri-qanuni platformalarda mərc etmək cinayət sayılır. Bundan əlavə, idmançının vəzifəsindən asılı olmayaraq, öz işlədiyi yerə mərc etməsi qadağadır. Hazırda işə prokurorluq baxır və Faqiolinin nəyə mərc etdiyi araşdırılır. Günahı sübuta yetirilərsə, futbolçunu üç ilə qədər diskvalifikasiya ilə yanaşı, 25 min avro və ya daha çox cəriməyə məruz qala bilər.

Gənc futbolçu "Yuventus”un yetirməsidir. O, iki mövsüm əvvəl "Kremonese"də icarə əsasında çıxış edib.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?