Xəbər lenti

İdman 15:24 14.07.2023

“Yuventus” qalmaqallı təşkilatdan çıxdığını açıqladı

İtaliya nəhəngi "Yuventus" Avropa Superliqası layihəsindən çıxmaq prosesinə başlayıb.

Qaynarinfo-nun məlumatına görə, A Seriyası təmsilçisi 2021-ci ildə daxil olduğu layihədən çıxdığını açıqlayıb. Klubdan verilən açıqlamada, Avropa SuperlLiqasından ayrılmaq üçün bu layihəyə sadiqliyini davam etdirən "Real” və "Barselona” ilə danışıqlara başlanıldığı bildirilib. 

2021-ci ilin may ayından ədalətsiz kapital qazanması, futbolçu transferi dəyərlərinin aşağı salınması və maliyyə fırıldaqları, o cümlədən futbolçuların maaşlarında pozuntular ittihamı ilə istintaq altında olan "Yuventus”un keçmiş prezidenti Andrea Aqnelli Avropa Superliqasının əsas tərəfdarlarından biri idi. Aqnelli və onun idarə heyəti 2022-ci ildə adları maliyyə korrupsiyasında halandırılandan sonra istefa verdi. Keçmiş prezident 24 ay futboldan uzaqlaşdırıldı, həmçinin ədalətsiz kapital qazanmalarının araşdırılmasındakı roluna və futbolçu transferi dəyərlərinin təhrif edilməsinə görə futbolçuların maaşlarının ödənilməsində pozuntularla bağlı istintaqa 16 ay müddətinə qadağa qoyuldu. "Yuventus”un isə 10 xalı silindi.

İtaliya mətbuatı "Yuventus”un maliyyə korrupsiya qalmaqalı ilə bağlı araşdırma aparan UEFA-nın verdiyi cəzanı yüngülləşdirmək üçün bu il iştirak etmək hüququna malik olduğu Konfrans Liqasından tamamilə çıxmağı düşündüyünü yazıb.

2020-ci ildə İngiltərədən "Arsenal”, "Mançester Yunayted”, "Çelsi”, "Liverpul”, "Mançester Siti”, "Tottenhem”, İtaliyadan "Milan”, "İnter” və "Yuventus”, İspaniyadan "Atletiko”, "Barselona” və "Real” Avropa Superliqasına başladıqlarını açıqlamışdılar. Ancaq FİFA, UEFA və idman ictimaiyyətinin sərt reaksiyalarından sonra "Real”, "Barselona", "Yuventus"dan başqa digər klublar bu təşkilatdan çıxdığını açıqlamışdı. UEFA və FİFA qalan üç komandanın öz bağlı təşkilatlarından və milli liqalardan uzaqlaşdırılması, onların beynəlxalq matçlara oyunçu göndərməsinə qadağa qoyulması kimi sanksiyalarla üzləşə biləcəyi barədə hər üç kluba xəbərdarlıq edib. Baş verənlərdən sonra məsələ Avropa Məhkəməsinə çıxarılmışdı.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?