Xəbər lenti

İdman 14:30 29.07.2023

"Yuventus" UEFA-nın qərardan şikayət etməyəcək

UEFA-nın imzaladığı barışıq müqaviləsini pozduğu üçün Avropa Konfrans Liqasından kənarlaşdırılan "Yuventus" bu qərara etiraz etməyəcək.

Qaynarinfo-nun məlumatına görə, bu barədə klubdan rəsmi açıqlama verilib. 2022-ci ildə başladılan araşdırma nəticəsində UEFA-nın verdiyi qadağa qərarı klub tərəfindən dəyərləndirilib. Açıqlamada, "Yuventus"un bu qərarından təəssüfləndiyi və UEFA-nın müvafiq komitəsinin verdiyi qiymətləndirmə ilə razılaşmadığı, buna baxmayaraq, qadağa ilə bağlı qərardan şikayət edilməyəcəyi bildirilib.

Bəyanatda "Yuventus"un prezidenti Canluka Ferreronun da fikirlərinə yer verilib. O, açıqlamasında "Qərardan təəssüflənirik. Müdafiə etdiyimiz tezislərlə bağlı qərarı bölüşmürük. Hərəkətlərimizin düzgünlüyünə və arqumentlərimizin əsaslı olduğuna qətiyyətlə inanırıq. Bununla belə, şikayət etməmək qərarına gəldik. Bu ağrılıdır, ancaq yeni mövsümdə meydanlarda mübarizə apara bilərik. İndi diqqəti ölkə çempionatına və İtaliya Kubokuna yönəltmək vaxtıdır. Bu yarışlarda azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik” - deyib.

UEFA klub lisenziyası və Maliyyə Feyr-Pleyi qaydalarını pozduğu üçün "Yuventus"a qarşı açılan istintaq nəticəsində "ağ-qara"ların növbəti mövsümdə Konfrans Liqasından kənarlaşdırıldığını və 20 milyon avro cərimə olunduğunu açıqlayıb. Üç il ərzində klubun maliyyə hesabatları pozularsa bu zaman cərimənin 10 milyon avroluq hissəsinin tətbiq olunacağı bildirilib.

Bu mövsüm UEFA Konfrans Liqasında "Yuventus"u "Fiorentina” əvəz edəcək.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?