Xəbər lenti

İdman 19:21 24.02.2023

Zəlzələdə ölən futbolçunun forması əbədiləşdiriləcək

Qana Futbol Federasiyası Türkiyədəki zəlzələdə dünyasını dəyişən "Hatayspor"un futbolçusu Kristian Atsunun 7 nömrəli milli formasını əbədiləşdirəcək.

Qaynarinfo xəbər verir ki, bu haqda Qana Şərq Regional Futbol Assosiasiyasının prezidenti Linford Boadu bildirib. 

O, radio verilişində federasiyanın Atsunun xatirəsinə milli komandada geyindiyi 7 nömrəli formanın əbədiləşdiriləcəyini söyləyib. Türkiyədə baş verən zəlzələnin acınacaqlı olduğunu qeyd edən prezident Atsunun vətəni üçün hər şey verdiyini də deyib. 

Kahramanmaraşda baş verən zəlzələdə Hatayın Antakya rayonunda dağılan binanın dağıntıları altında həyatını itirən Atsunun cənazəsi fevralın 19-da Türk Hava Yollarına (THY) məxsus təyyarə ilə ölkəsi Qanaya göndərilib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->