Xəbər lenti

İdman 16:03 24.04.2024

20 ildir oynadığı klubdan ayrıldı

"Atletik"in kapitanı İker Muniayn uzun müddətdir çıxış etdiyi komandadan ayrılıb.

Qaynarinfo-nun məlumatına görə, futbolçu ayrılığı video vasitəsilə elan edib. 

"Qırmızı-ağ"ların təcrübəli futbolçusu komandanın paltardəyişmə otağında çəkdiyi videoda, "Mən Bilbaoya 12 yaşımda, uşaq ikən gəldim və bu gün, demək olar ki, iyirmi ildən sonra, (15 il əsas komanda) bu mövsümün sonunda ayrılacağımı elan etməyə gəldim. Çox arzulanan iyirmi beşinci titulu qazanmaq və 40 il sonra evimə aparmaq arzusu ilə xoşbəxt ayrılıram. Bu, inanılmaz bir şey oldu. Azarkeşlərlə komanda arasında göstərdiyimiz ünsiyyət onu göstərir ki, biz həqiqətən dünyada unikalıq" - deyib. 

Klub tarixində ən çox oyun keçirən (557) ikinci futbolçu olan Muniayn yalnız bu göstəricidə Xose Anxel İribarı (614) qabaqlayır. Futbolçu hələ ki, gələcək planlarının nədən ibarət olduğunu və karyerasını başqa klubda davam etdirib-etdirməyəcəyini açıqlamayıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->