Xəbər lenti

İdman 17:25 25.04.2024

Əliyar Ağayev yenidən Super Liqada - Fatih Terimin oyununu idarə edəcək

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Yunanıstan Superliqası matçına təyinat alıb.

Qaynarionfo-nun məlumatına görə, referimiz "Panatinaikos” – "Aris” görüşünü idarə edəcək. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Digər FİFA referimiz Kamal Umudlu isə qarşılaşmanın VAR hakimi olacaq. 

Qarşılaşmanın start fiti saat 21:30-da səsləndiriləcək.

Qeyd edək ki, "Panatinaikos"a türkiyəli baş məşqçi Fatih Terim rəhbərlik edir.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->