Xəbər lenti

İdman 18:34 18.04.2024

"Canavar" Almaniyada dünyasını dəyişdi

"Canavar" ləqəbli məşhur portuqaliyalı bodibilder Marko Luis 46 yaşında Kölndə (Almaniya) vəfat edib .

Qaynarinfo-nun məlumatına görə, bu barədə onun həyat yoldaşı Marko Sezar Aquiar Luis sosial şəbəkələrdə yazıb. O, açıqlamasında, "Bəli, Marko Almaniyanın Köln şəhərində ölüb. Bunu təsdiq edə bilərəm. O, indi cənnətdə sevdiyi işlə məşğul olur. Bəlkə də, öz düşüncə tərzi və hərəkətləri vardı. Lakin təvazökar insan idi və heç vaxt kiməsə zərər verməzdi" - yazaraq, dəstəyə görə dostlarına təşəkkürünü bildirib. 

2005-ci ildən bodibildinqlə məşğul olan Luisin təkcə İnstaqramda 25000-dən çox izləyicisi vardı. Məşhur bodibilder öz tərcümeyi-halında, "İdmanla məşğul olmağımı qeyri-mümkün edən fiziki problemlərlə doğulmuşam... Amma anladım ki, əzələ inkişafına həvəsim var. Mən 32 yaşıma qədər təbii idim, çünki kimyanın nə olduğunu belə bilmirdim.  Ancaq 2018-ci ildə ilk dəfə yarışa çıxdım və qalib gəldim" - sözlərini yazmışdı.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->